Hovuza qulluq

Basseynin təhlükəsiz və rahat istirahət yeri olması üçün həm qurğunun təmizliyinə, həm də suyun keyfiyyətinə nəzarət etmək vacibdir. Basseynə qulluq zamanı suyun təmizlənilməsi və dezinfeksiyası üçün xüsusi preparatların istifadə edilməsi   mütləq şərtdir. Bu çeşidə müəyyən təyinatlı, təsirli, buraxılış formalı və istifadəsinə görə fərqlənən  vasitələr daxildir.

Faber kimyəvi hovuz vasitələri – rahat və təhlükəsiz çimməyə zəmanət verir.  

Basseyndə rahat çimmək üçün suyun bütün keyfiyyət standartları gözlənilməlidir. Basseyn yosunların və mikrobların inkişaf etməsi üçün ideal mühitdir. Bu proseslərin qarşısı vaxtında alınmazsa, su kəz bağlayır, qoxuyur və, insan sağlamlığına təhlükə yaradır. Bircə filtrasiya ya suyun tez-tez dəyişilməsi ilə basseyni təmizləmək mümkün deyil, çünki, filtr mikroorqanizmləri saxlamır, bakteriya və göbələklərsə inkişaf edərək artır. Odur ki, daha təsirli üsullardan – basseyn camını və suyu təmizləmək üçün xüsusi vasitələrdən istifadə etmək lazımdır.  

Düzgün istifadə edildikdə  həmin vasitələr sağlamlığa zərər yetirmir, bununla belə, kimyəvi su təmizləyici vasitələrdən imtina etmək çoxsaylı yoluxucu xəstəliklərin yaranmasına şərait yaradır.

Kimyəvi basseyn təmizləyici vasitələr aşağıdakı vəzifələri yerinə yetirir:

  • Bakteriyalar, göbələklər və virusları məhv edir, əmələ gəlməsinə mane olur;
  •  suyun pH səviyyəsinin tənzimlənilməsi;
  • bulanıq suyun durulaşdırılması;
  • yosunlarla mübarizə (suyun kəz bağlaması) və qarşısının alınması.

Basseyni təmiz saxlamaq və sağlamlığı qorumaq üçün  xüsusi kimyəvi vasitələrdən mütəmadı qaydada istifadə etmək məsləhətdir.