Главная \ Şirkət haqqında

Faber keçmişdən bu günə

Faber Kimya & İlaç (Faber Kimya İlac) şirkəti keyfiyyətli sənaye məhsulu istehsal etmək və, sağlam həyat tərzinin ayrılmaz elementi olan gigiyena sektorunda  texniki xidmət göstərmək məqsədi ilə 1994-çü ildə İstanbulda yaradılmışdır.

Peşəkar tədqiqatçılar komandası və aparılan işlər dünyada gigyenik sahədə mövcud olan ən qabaqcıl innovasiyalara əsaslanır, Fastec və Acidex əmtəə qeydiyyat nişanları ilə buraxılan məhsulları sayəsində müxtəlif problemləri həll edir. Ekoloji tarazlığı və insan sağlamlığını qorumaqla istehsalat prosesində bioparçalanan üzvi xammalın istifadə edilməsi mükəmməl xüsusiyyətli ekoloji təmiz məhsulları təqdim etməyə imkan yaradır.

factory

Məhsullarımız GMP sertifikatlarına, habelə, digər standartlara uyğunluq şəhadətnamələrə, keyfiyyət zəmanətli ISO 9001: 2008/14001: 2004 / OHSAS 18001: 2007, кeyfiyyət  CE, sertifikat GIMDES Halal, Kommersiya Nazirliyi sertifikatı,  V-Label  vegan və vegetarian məhsulları keyfiyyət nişanına malikdir.

Geniş məhsul çeşidi sayəsində satış komandamız və dilerlər Türkiyə daxili bazarında uğurla çalışır, xarici bazarda isə Avropa, Yaxın Şərq və Fars körfəzi, Cənub-Şərq Asiya, Şimal və Şərqi Afrika, Rusiya və türk respublikalarına ixrac və iş təcrübəsi qazanmışıq. Sənaye gigiyenası məqsədi ilə dozalaşdırma aparatları sistemlərinin istifadəsi ən azı, suyun, elektrik enerjisinin, əməyin sərfiyyatını azaldır, nəticə etibarı ilə istehlakçıya daha ekoloji təmiz üsullarla hazırlanmış məhsul təklif etmək üçün geniş imkanlar yaradır.  Biz ən keyfiyyətli, ən sərfəli yüksək gigiyenik  yanaşma təqdim edirik. 

Fasiləsiz gigiyenik prosesi təmin etmək üçün şirkətimiz müştəriyə fərdi nəzəri və praktiki gigiyena tədris planları, məhsulların keyfiyyətinin təkmilləşdirilməsinə aid təklifləri, məsləhət və satışsonrası texniki yardım fəaliyyətini öz qarşısında bir  vəzifə olaraq qoymuşdur. Müştərilərimiz bu xidmətlərdən  təmənnasız qaydada faydalanır.

Gigiyenik və sağlam ətraf mühit arzuları ilə....

Keyfiyyət siyasətimiz

Düzgün seçim. Etibarlı təhlil. Münasib zaman. Texniki yardım. Effektiv yardım.

  • Istehsalat prosesinin bütün mərhələlərində təməl prinsip nəzarətə və ən yüksək texniki təchizat səviyyəsinə, müasir standartlara uyğun təkmilləşdirməyə   yönəlmiş  keyfiyyət sisteminin yaradılmasını şərt olaraq qəbul etmişik.
  • Biz dürüst, şüurlu və ciddi əmək, kollektiv ruh, qüsursuz iş, layiqli mükafat amillərini də prinsip kimi qəbul etmişik.  
  • Biz, ətraf mühit və insan sağlamlığına münasib keyfiyyətli məhsul istehsal etməyə və onların keyfiyyətini daim yaxşılaşdırmağa çalışırıq.
  • Biz müştərilərimizlə gigiyena sahəsindəki yeniliklərlə vaxtında bölüşməyə  və bazarda ilk olmağa can atırıq. 

Şirkətin mütəxəssisləri hər bir müəssisənin xüsusiyyətləri, yerli şərait və tələbləri nəzərə alaraq peşəkar  təmizlik işləri üçün ən effektiv yuyucu vasitələrini seçəcək, həmin vasitələri müəssisənin konkret sahəsində istəfadəsinə dair tövsiyyələr hazırlayacaq, işçi  heyəti təlimləndirəcək və məlumat dəstəyi göstərəcək (yuyucu vasitənin təsviri, istifadə və texniki təhlükəsizlik üzrə təlimat qaydaları).

Peşəkar yuyucu vasitələrinintəmizlik avadanlığının istifadəsi keyfiyyətli yuyulma prosesini təmin etməklə, vaxt və enerji ehtiyatları itkisinin qarşısını almaqla, kimyəvi vasitələrin avadanlığa gözlənilən təsirini bildirməklə hazır məhsulun keyfiyyətini və texniki avadanlığın xidmət müddətini artırmağa şərait yaradır.