Acidex FOOD B 23

Артикул: нет
0 руб.
поделиться

Acidex FOOD B 23 qələvi yuyucu vasitə bütün texnoloji avadanlığın, qablaşdırma materiallarının,  tutumlu qabların, doğrama masalarının, inventarın və s. yuyulması və dezinfeksiyası, habelə, qida və emal sənayesində, ictimai iaşə  idarələrində divarların və döşəmələrin yuyulması, istehsal prosesi zamanı mürəkkəb yağlı çirklərin təmizlənməsi, eləcə də, sanitar emal   məqsədi ilə istifadə edilir.  

Yuyucu vasitə  qələvidavamlı materiallardan hazırlanmış səthlərin üzərindən zülallı, yağlı və digər üzvi çirkləri aparır. Aktiv xlor hesabına yuyucu və dezinfeksiya təsirinə malikdir. Yağ, qan, piqment, his, kif ləkələrini effektiv şəkildə təmizləyir.

Istifadə qaydası

Işçi məhlullar ilə yuyulma rejimləri: əl ilə yuyulma, köpük generatoru, islatma.  Məhlulların qatılığı 0,2- 5,0 % (0,02 - 0,5 litr 10 litr suya), temperaturu – 20-60˚ С, ekspozisiyası 5-30 dəqiqə. Münasib qatılıq dərəcəsi, temperatur göstəricisi və texnologiya üsulu çirklərin xarakteri və dərəcəsindən asılı olaraq fərdi qaydada seçilir.

Istifadə şərtləri çirklənmənin səviyyəsi və növündən, habelə, yuyulma prosesinin mexaniki yardım dərəcəsindən asılıdır. Acidex FOOD B 23 əl üsulu və ya köpük generatoru vasitəsi ilə istifadə edildikdən sonra yuyulmuş səthlər təmiz içməli su ilə əsaslı dərəcədə yaxalanır.

pH səviyyəsi: 12

Qablaşdırma:  25 kq

Məhsul kateqoriyalarda göstərilib:

Geriyə